Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-22 15:45:00
Uşaqlar üçün nağıl saatı təşkil edildi

Avqustun 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları kiçik yaşlı uşaqlara “nağıl saatı” təşkil ediblər.

AzEdu.az xəbər verir ki, Baş İdarədən verilən məlumata görə, tədbirdə uşaqlara biri-birindən maraqlı, rəngarəng uşaq kitabları paylanılıb. Uşaqlar böyük həvəslə kitablarla tanış olublar.

Sonda kitabxanaçılar tərəfindən uşaqlara nağıllar, şeirlər söylənilib. (AZƏRTAC)