Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-21 13:43:00
Rezidentlik statusu əldə etmiş müəssisələrin əməkdaşlıq perspektivləri müzakirə olunub  

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) rezidentlərin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Akademiyadan AzEdu.az-a bildirilib ki, iclasda rezidentlik statusu əldə etmiş müəssisələrin fəaliyyəti zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması və səmərəliliyin artırılması istiqamətində bir sıra məsələlər müzakirə olunub.

Sonra rezidentlik statusu əldə etmiş müəssisələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev bu sahədə görüləcək tədbirlər barədə müəssisə rəhbərlərinə müvafiq göstərişlər verib.