XƏBƏRLƏR

21.08.2019 10:56
Bu abituriyentlər xəbərdarlıqlara rəğmən “kəsildi” -  SƏBƏB

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Nəticələr açıqlandıqdan sonra sosial şəbəkələrdə bəzi abituriyentlər 100 baldan yuxarı nəticə göstərdiklərini və heç bir yerə qəbul oluna bilmədiklərini qeyd ediblər.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə,  11 illik bazada kolleclərə qəbul zamanı abituriyentlərin bilikləri ötən il 90 ballıq, bu il isə 300 ballıq şkala ilə qiymətləndirilib. Hər hansı bir ixtisas üzrə ötənilki keçid balı bu il ixtisas seçimi zamanı istiqamət götürməkdə oriyentir rolunu oynamayıb və abituriyentər bunu nəzərə almalı idi.

Bu barədə istər AzEdu.az-da, istərsə də Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentlərə kömək məqsədilə dəfələrlə məlumat verilib.

Boş qalan yerlərin ixtisas seçimi zamanı abituriyentlərdən diqqətli olmaları və ötənilki ballara istinadla seçim etməmələri tövsiyə olunur.

Xatırladaq ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33% dolub. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100% dolub. Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.

Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında boş qalan yerlərə ixtisas seçimi 30 avqust -4 sentyabr tarixlərində aparılacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu