Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-20 17:00:00
“Ödənişsiz oxumaq istəyənlərin haqqına girməmək üçün ödənişli yeri yazıram” - Bu ilin ən yaşlı tələbəsi

Bu il Azərbaycanda ali məktəbə qəbul olan ən yaşlı tələbənin kimliyi məlum olub. O, Ağcabədi rayon, Sarıcalı kənd sakini 54 yaşlı Kərəm Süleymanovdur.

AzEdu.az xəbər verir ki, Azvision.az -açıqlama verən K.Süleymanov ali təhsilli olsa da, hər il qəbul imtahanlarında iştirak etdiyini və uğur qazandığını deyib. 

“Gəncə Texnologiya Universitetini bitirmişəm. Ondan sonra Bakı Dövlət Universitetinə və Tibb Universitetinə qəbul olunmuşam. Lakin atam xəstə olduğu üçün təhsilimi yarımçıq saxladım. İxtisasca müəllim olmasam da, “Fizika, “Riyaziyyat” və “Kimya” fənlərindən abituriyent hazırlayıram. Hər il ali məktəblərə qəbul imtahanında iştirak edirəm. Bununla hər kəsə savadlı olduğumu sübut edirəm". 



Ən yaşlı tələbə statusunu qazanan K.Süleymanov bu il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. O, ötən il qızı Nərgiz Süleymanova ilə birlikdə imtahan verib və BakıDövlət Universitetinin İnformatika müəllimliyi fakültəsinə qəbul olunub. 

“Hər ikimiz ödənişli əsaslarla qəbul olduğumuz üçün mən oxumaqdan imtina etdim. Bu il 431 balla Bakı Dövlət Unversitetinin “Fizika” ixtisasına qəbul oldum. Hələ qeydiyyatdan keçməmişəm”. 

K.Süleymanovun dediyinə görə, o, ödənişsiz əsaslarla oxumaq istəyənlərin haqqına girməmək üçün ödənişli yeri yazıb.