Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-20 11:03:00
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib

Macarıstanın İnnovasiya və Texnologiyalar Nazirliyi ölkənin 2023-cü ildə İnformatika üzrə Beynəlxalq Olimpiadanın (IOI) keçirilməsi ilə bağlı müsabiqədə qalib gəldiyini elan edib.

AzEdu.az xəbər verir ki, müsbət nəticələnən müraciət Seqed Universiteti, Con fon Neyman adına Kompüter Cəmiyyəti və Macarıstan hökuməti tərəfindən verilib.

80 ölkədən olan yuxarı sinif şagirdlərinin iştirak etdiyi IOI dünyada kompüter elmləri sahəsində ən nüfuzlu müsabiqələrdən biridir. IOI-da hər bir iştirakçı ölkə lider və liderin müavini ilə birgə dörd nəfərdən ibarət komanda ilə təmsil olunur. Builki IOI olimpiadası Bakıda keçirilib, 1996-cı ildə isə Macarıstanın Vesprem şəhərində təşkil olunub. Növbəti olimpiadaya Seqed şəhəri ev sahibliyi edəcək.

Diqqətəlayiq haldır ki, 2023-cü ildə Macarıstan Con fon Neyman adı ilə də məşhurlaşmış, macar alimlərinin təbirincə desək, müasir kompüterin “atası”, riyaziyyatçı Yanoş Neymanın anadan olmasının 120 illiyini qeyd edəcək.(AZƏRTAC)