XƏBƏRLƏR

20.08.2019 11:33
II turda müsabiqə şərtləri dəyişəcək? - RƏSMİ

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Abituriyentlər sosial şəbəkələrdə II turda müsabiqə şərtlərinin dəyişib-dəyişməyəcəyi ilə bağlı çoxsaylı suallar ünvanlayırlar.

Mövzu ilə əlaqədar Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, II turda müsabiqə şərtlərində heç bir dəyişiklik edilməyəcək.

Müsabiqə şərtlərinə əsasən:

I və II ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

II qrupda bəzi ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisasları və Lənkəran Dövlət Universitetinin “Bağçılıq və tərəvəzçilik” ixtisası üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu