Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-19 14:17:00
Rezidentlərin nəzərinə

2019-ci ildə Azərbaycan Tibb Universitetinin rezidenturasına qəbul olan namizədlər lazımı sənədləri 26.08.2019-cu il tarixindən 05.09.2019-cu il tarixinə qədər rezidentura şöbəsinə təqdim etməlidirlər.

AzEdu.az qeydiyyat üçün lazımı sənədləri təqdim edir:

  1. Ali tibb təhsili haqqında diplom və surəti (4 nüsxə)
    2 Şəxsiyyət vəsiqəsinin surəti (4 nüsxə)
    3 Yaşayış yerindən arayış
    4 Nigah haqqında şəhadətnamənin surəti (mövcud olduğu halda)
    5 Uşağın doğum haqqında şəhadətnaməsinin surəti (mövcud olduğu halda)
    6 Sağlamlıq haqqında arayış 
    7 Hərbi biletin surəti (mövcud olduğu halda)
    8 Dövlət sığorta şəhadətnaməsinin surəti (mövcud olduğu halda)
    9 Tərcüməyi hal (geniş ailə tərkibi haqqında)
    10 Kadrların şəxsi uçot vərəqi (3x4 ölçüdə fotoşəkilli yapışdırılmış, ev və mobil telefon nömrələri, qeydiyyatda olduğu və daimi yaşadığı ünvan).
    11 Əmək kitabçası (mövcud olduğu halda)
    12 Əmək müqaviləsi
    13 3x4 fotoşəkil (4 ədəd)
    14 Fayı (2 ədəd)
    15 Qovluq

Qeyd edək ki, qeydiyyat saat 10:00-dan 18:00 qədərhəyata keçiriləcək.