XƏBƏRLƏR

18.08.2019 23:16
Alimlərdən təbiətlə bağlı həyəcan təbili

Afrikada vəhşi təbiətdə yaşayan şirlərin sayı 22 509-a qədər azalıb.

AzEdu.az  xəbər verir ki, bunu Oksford universitetinin vəhşi təbiət tədqiqatları şöbəsinin alimləri açıqlayıb.

Alimlərin bildirdiyinə görə, Malavidə vəhşi təbiət şəraitində yaşayan cəmi 5, Anqolada 25, Ruandada 22, Nigeriyada 30 şir qalıb.

Hazırda ən çox şir Tanzaniyada (8176), CAR-da (2070), Keniyada (1825), Mozambikdə (1295) və Zimbabvedə (1709) yaşayır.

Alimlər Afrikadakı şirlərin yalnız yaxşı qorunan ərazilərə sahib olduqları təqdirdə çoxala biləcəklərini qeyd edib. Amma bunun üçün kifayət qədər maliyyə vəsaiti lazımdır.

İlin gənc müəllimi-Müraciət formu