XƏBƏRLƏR

17.08.2019 22:18
11 minə yaxın abituriyent ərizəsini təsdiqlədi

Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən  AzEdu.az-a verilən məlumata görə, avqustun 17-si saat 16:35-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 60, II qrup üzrə 732, III qrup üzrə 17, IV qrup üzrə 13, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 10569 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

İlin gənc müəllimi-Müraciət formu