XƏBƏRLƏR

17.08.2019 14:51
Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, avqustun 17-si saat 14:50-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə 59, II qrup üzrə 701, III qrup üzrə 17, IV qrup üzrə 11, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.

Onbirillik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 10.328 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlər üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

İlin gənc müəllimi-Müraciət formu