Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 15:59:00
Olimpiadanın gümüş medalçısı imtahan vermədən ADU-ya qəbul olunub

Respublikamızın paytaxtında yerləşən 287 nömrəli “Zəkalar” liseyinin məzunu Rəhman Nəsirli müsabiqə yolu ilə Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olunub.

ADU-dan AzEdu.az-a verilən məlumata görə, Rəhman Nəsirli coğrafiya fənni üzrə respublika fənn olimpiadasında gümüş medal qazanıb və bununla da təhsil almaq istədiyi ali məktəbi imtahan vermədən seçmək şansı əldə edib.

R.Nəsirli müəllimlərinin tövsiyəsi ilə artıq ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin skandinaviyaşünaslıq ixtisası üzrə I kurs tələbəsidir.