Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 14:46:00
Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi şənbə-bazar günlərində fəaliyyət göstərəcək

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi avqustun 17-18-də (şənbə-bazar günləri) saat 10:00-dan 17.00-dək fəaliyyət göstərəcək.

Universitetdən AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi etmək istəyən abituriyent və subbakalavrlar, həmçinin tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər texniki dəstək və məsləhət xidməti üçün mərkəzə müraciət edə bilərlər.

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi Dövlət İmtahan Mərkəzi ilə razılıq əsasında yaradılıb və ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Qeyd edək ki, ixtisas seçimi avqustun 19-u saat 23.59-dək davam edəcək. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71 ünvanında yerləşir. Tel.: +994 12 431 41 12 (daxili nömrə 172).