Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 12:29:00
Antarktidanı yenidən donduracağıq – elm adamlarından şok AÇIQLAMA

İndoneziyalı alimlər aysberqlər istehsal edəcək sualtı qayıq yaratmağı təklif etdilər.

AzEdu.az  xəbər verir ki, indoneziyalı memarlar Arktikanın sürətlə əriməsini və dəniz səviyyəsinin yüksəlməsini dayandırmağa kömək edəcək bir plan təklif edilər.

Layihə müəlliflərinin planlaşdırıldığı kimi, qayıq su dibinə enəcək, dəniz suyu xüsusi akvariumlarda toplanacaq, duzdan süzüləcək və sonra hava turbinlərindən istifadə edərək dondurulacaq. Bu, nəticədə yeni buzlaqlar meydana gətirəcək kiçik altıbucaqlı aysberqlərin istehsalına imkan verəcəkdir. Hər bir aysberq üçün təxminən 2027 kubmetr su lazımdır. Plana görə, belə sualtı qayıqların istifadəsi buzlaqların bərpasına və nəticədə ekosistemdə tarazlığın bərpasına kömək edəcəkdir.

Məqsədimiz qlobal iqlimə birbaşa təsir edən qütb ekosistemini bərpa etməkdir", -  deyə layihənin müəlliflərindən biri, indoneziyalı dizayner Faris Rajak Kotahatuhaha bildirib.

Memarlar qlobal istiləşməni dayandıra bilməyəcəklərini etiraf edirlər, lakin bunun Arktika ekosistemini qorumağa və iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmağa kömək edəcəyinə inanırlar. (TED.az)