Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 12:12:00
Marsda şəhərin dəyəri açıqlandı

Amerikanın “SpaceX” şirkətinin rəhbəri İlon Mask bildirib ki, Marsda şəhərin tikintisi bəşər tarixində ən bahalı layihə ola bilər. Onun fikrincə, buna 100 milyard dollardan 10 trilyon dollara qədər ehtiyac olacaq.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, Mars tədqiqatları hələ də bəşəriyyətin əsas məqsədlərindən biri olaraq qalır. Amerikanın məşhur "SpaceX" şirkətinin rəhbəri İlon Mask da qeyd edir ki, gec-tez o, yalnız Marsda pilotlaşdırılan missiyanı reallaşdırmaqla kifayətlənməyəcək, həm də orada bütöv bir şəhər tikəcək. Bununla bağlı, müəyyən çətinliklər yarana bilər, lakin Mask hesab edir ki, bu çətinliklər məsələnin maliyyə tərəfinə daha çox toxunur. Mütəxəssislərin hesablamalarına görə, Marsdakı şəhərin tikintisi ən azı 100 milyard dollar tələb edəcək.

Bu hesablamalar şəhərin saxlanılması üçün Yerdən çox miqdarda yükün daşınması lazım olacağı ehtimalına əsaslanır. (TED.az)