XƏBƏRLƏR

16.08.2019 11:29
Doktorantura ilə bağlı ali təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli qərarı ilə təsdiqlənmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

AzEdu.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Elm və Təhsil Mərkəzi “Təfəkkür“ Universiteti (fəlsəfə doktoru üzrə) “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsindən çıxarılıb. Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) isə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə daxil edilib.

İlin gənc müəllimi-Müraciət formu