Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 09:41:00
Maarifçi  Ömər Faiq  Nemanzadənin nadir fotosu - Təhsil tarixi 

Azərbaycan maarifçilik  tarixinin ən fədakar simalarından biri də Ömər Faiq Nemanzadədir.  Mirzə Cəlillə birlikdə "Molla Nəsrəddin" jurnalının yaradılmasında yaxından iştirak edən Ömər Faiq bütün diqqətini publisistika ilə yanaşı, pedaqoji fəaliyyətə də həsr etmişdi. 

 O,  Azərbaycanda və Gürcüstanda bir neçə sektorda ömrünün sonuna qədər aramsız mübarizə aparıb. Həm maarif, həm mətbuat, həm də ictimai sahədəki fəaliyyəti onu yoldaşlarından fərqləndirirdi. “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi mətbu orqanlardakı yoldaşları Ömər Faiqin fantastik məhsuldarlıq qabiliyyətinə təəccüb edirdilər. Sabirin ona həsr etdiyi şeirdə “Öməra, demədim sən də heyifsən” misrası hər şeyə aydınlıq gətirilir. Mirzə Cəlil də onun zəhmətsevərliyinə həsəd aparırdı və yazdığı bir neçə məktubda “Moll Nəsrəddin”i Ömər Faiqə həvalə etdiyini açıq bildirirdi. Amma çox təəssüflər olsun ki, bütün ömrünü maarifçi mübarizəyə həsr edən Ömər Faiq hər zaman çətin bir həyatın qəlibindən çıxa bilməyib. Maddi və mənəvi problemlər, kənardan gələn təzyiqlər onun həyatını qaraltmışdı. Sonda Stalin repressiyası onu da yaxalayıb və Ömər Faiq əfəndi bir güllə ilə öldürülüb.

AzEdu.az Ömər Faiq Nemanzadə nəslinin davamçılarından olan Ülvi Pepinova istinadən böyük maarifçinin nadir fotosunu təqdim edir: