Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 20:33:00
AMEA-dan  maqnit qasırğası proqnozu

Azərbaycan Milli Elmlər Akademiyasının  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit qeydə alınıb.

Ümumiyyətlə, avqustun 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.