Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 17:54:00
Azərbaycanın milli antivirus proqramı gələn ay istifadəyə veriləcək 

Azərbaycan gələn ay milli antivirus proqramını istifadəyə verməyə hazırlaşır. 

AzEdu.az-ın məlumatına görə, bu  barədə “Report”a hökumətdəki mənbə bildirib. 

“Hazırda antivirus proqramının üzərində son işlər gedir. Bu işlərin sentyabrda yekunlaşdırılması nəzərdə tutulub. Proqramın adı hələ ki, müəyyən edilməyib”, - deyə mənbə qeyd edib. 

Xatırladaq ki, proqramın hazırlanması barədə ilk dəfə bu ilin mart ayında Bakıda keçirilmiş "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində məlumat  verilib.