Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 14:38:00
Lisey məzunlarının uğurları

2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyi bitirən məzunların hamısı qəbul imtahanlarında yüksək ballar toplayaraq nüfuzlu universitetlərə qəbul olunublar.

Bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Liseydən məlumat verilib. Bildirilib ki, bu il təhsil müəssisəsini 183 şagird bitirib. Onlardan 50-si ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Məzunlar respublikamızın, eləcə də Türkiyə, Koreya Respublikası, Çin və digər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alacaqlar.

Xatırladaq ki, tədris ilində liseyin məzunlarından 7-si qızıl, 3-ü gümüş medalla təltif olunub.