Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 13:28:00
Kolleclərə ixtisas seçiminin ilk günü – Bir neçə saata bu qədər adam-Gözlənilməz

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta  təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 15-dən etibarən aparılır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, saat 11:18-ə qədər olan göstəricilərə əsasən, 505 nəfər ərizəsini təsdiq edib.

Onlardan 489 nəfəri Azərbaycan, 16 nəfəri rus bölməsinin məzunlarıdır.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları