Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 17:34:00
AGAH sədri: “Türkiyədəki gənclərin platformasına çevrilmişik”

Təbriz Raufoğlu Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi təşkilatının (AGAH) sədridir.

AGAH Türkiyədəki azərbaycanlı gənclərin platformasına çevrilib və təxminən 1 il fəaliyyət göstərməsinə baxmayaraq, təşkilat bir çox layihələri həyata keçirib. 

Diasporaya verdiyi töhfələr isə danılmazdır. AGAH-ın sədri Təbriz Raufoğlu deyir ki, AGAH eyni zamanda bir diaspor təşkilatıdır.

“Biz əslində AGAH-ı yaradanda qarşımızda duran əsas prioritet hədəflərdən biri də yeni nəsil diasporçular yetişdirmək olub. Çünki biz hesab edirik ki, o halda diaspor fəaliyyəti ən yüksək səviyyəyə gəlib çıxar ki, o halda diaspor fəaliyyəti ən peşəkar səviyyədə olar ki, həmin diaspor fəaliyətini həyata keçirən şəxslər peşəkar olsun”.(modern.az)