Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 17:00:00
Ən  çox və  ən az vakant yer  verilən rayonlar – Namizədlərin diqqətinə

 

Direktorların işəqəbulu üzrə test imtahanı mərhələsi artıq yekunlaşıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Təhsil Nazirliyi direktorların işə qəbulu üzrə vakant yerlərin siyahısını artıq namizədlərə təqdim edib.

AzEdu.az xəbər verir ki, siyahıya əsasən, ən az vakant yer Xocalı, Siyəzən və Xızı rayonlarındadır. Bu bölgələrdə yerləşən cəmi 1 məktəbə direktor təyinatı gözlənilir.

Ən çox vakant yer isə Cəlilabad rayonundadır. Bu bölgənin 26 məktəbinə direktor axtarılır. Paytaxtda direktorların işə qəbulu müsabiqəsinə cəmi 3 vakant məktəb çıxarılıb. Samux, Şuşa, Yevlax, Ucar rayonlarında da vakant direktor vəzifəsi azlıq təşkil edir. Zərdab məktəblərində 14, Sabirabad və Qobustanda 12, Qubada 13, Goranboy, Gədəbəy bölgələrində 17 vakant yer mövcuddur.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları