Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC 100” inkişaf strategiyasına uyğun olaraq dünyanın ən öndə gedən ali təhsil müəssisələri ilə ortaq ixtisas proqramları reallaşdırılacaq.
UNEC-dən AzEdu.az-a bildirilib ki, bu məqsədlə universitetdə ixtisasların beynəlxalq akkreditasiyası həyata keçirilir.
2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti 100 illik yubileyini qeyd edəcək. Bununla bağlı “UNEC-100” inkişaf strategiyası qəbul olunub. UNEC-in missiyası, gələcəyə baxışı və əsas dəyərlərinin yer aldığı strategiyada universitetin SWOT təhlili aparılıb və 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəfi müəyyən olunub. Bunların həyata keçirilməsi üçün konkret fəaliyyət istiqamətləri təsbit edilib.
kitabı