Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 15:41:00
Azərbaycan Texnologiya Universitetində müxtəlif ixtisaslar üzrə bu qədər plan yeri boş qalıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi isə avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

AzEdu.az abituriyentlərə kömək məqsədilə müxtəlif ali təhsil müəssisələrinin boş qalan plan yerləri barədə məlumatları təqdim edir:

AzEdu.az xəbər verir ki, II tur üçün Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) bu ixtisaslar üzrə boş yerlər qalıb:

I qrup ixtisasları

Metallurgiya mühəndisliyi-7 yer(müsabiqə balı 200)

Kimya mühəndisliyi-6 yer(müabiqə balı 200)

Qida məhsulları mühəndisliyi- 8 yer (müsabiqə balı 200)

Logistika və nəqliyyat texnologiyası mühəndisliyi- 9 yer (müsabiqə balı 200)

II qrup ixtisasları

Sənayenin təşkili və idarə olunması-23 yer (müsabiqə balı 200)

Menecment-12 yer (müsabiqə balı 200)

Dövlət  və bələdiyyə idarəetməsi-8 yer ( müsabiqə balı 200)

Kommersiya- 73 yer (müsabiqə balı 150)

(aşağıdakı ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır)

Marketinq-65 yer (müsabiqə balı 200)

Biznesin idarə edilməsi-31 yer(müsabiqə balı 150)

Qeyd edək ki, II turda müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak edən, amma qəbul oluna bilməyən abituriyentlər iştirak edə biləcəklər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları