XƏBƏRLƏR

14.08.2019 15:26
Peşə təhsil müəssisələrinə sənəd qəbulu davam edir

Peşə təhsil müəssisələrinə sənəd qəbulu 5-20 avqust tarixlərində həyata keçirilir.

AzEdu.az-ın məlumatına görə, rahatlıq və şəffaflığını təmin etmək üçün sənəd qəbulu proses "ASAN xidmət" mərkəzlərində təşkil edilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsil müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb. Müsabiqədə iştirak ödənişsizdir.

Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Müsabiqənin nəticələrinin 21 avqust 2019-cu il tarixində elan olunması nəzərdə tutulub.

İlin gənc müəllimi-Müraciət formu