Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 14:09:00
İnformasiya Texnologiyaları İnstitutunda “EduGAIN” xidməti yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin imkanları genişləndirilir. Bu məqsədlə “AzScienceNet” şəbəkəsinə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) “EduGAIN” xidməti inteqrasiya ediləcək.

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, bu xidmət GEANT-ın “EapConnect” layihəsi çərçivəsində hazırlanmış NREN - Avropa milli tədqiqat və təhsil şəbəkələri ilə Avropa İttifaqı arasında ən böyük əməkdaşlıq layihəsidir.