Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 13:51:00
NASA 30 ildə İslandiyanın böyük buzlağının necə əridiyini göstərib - FOTO

NASA yüksək temperaturun İslandiyanın böyük buzlağını necə əritdiyini özündə əks etdirən foto yayımlayıb.

AzEdu.az xəbər verir ki, son 30 ildə Okdjokul buzlağı tamamilə yox olub. 2014-cü ildə isə buzlaq ölü elan edilib.

Qeyd olunub ki, əvvəllər buzlağın sahəsi təxminən 38 kv.km olub. Ancaq 1978-ci ildə buzlaq sahəsi yalnız 3 kv.km ərazini əhatə edib.

Mütəxəssislərin fikrincə, Okdjokul buzlağı XX-ci əsrin sonlarında əriyərək yox olub. (TED.az)