Qərbi Kaspi Universiteti ll tur üçün ixtisaslar üzrə qəbul elan edib.
AzEdu.az xəbər verir ki, II tur I, II və IV ixtisas qrupları üzrə qəbul elan edilib.
Qəbul elan edilən ixtisaslar aşağıdakılardır:
I qrup ixtisasları:
* Cihazqayırma mühəndisliyi
* Mexatronika və robototexnika mühəndisliyi
II Qrup ixtisasları:
* İqtisadiyyat
* Beynəlxalq münasibətlər
* Regionşünaslıq (qərbşünaslıq)
* Dövlət və bələdiyyə idarəetməsi
* Sənayenin təşkili və idarə olunması
* Marketinq
* Menecment
IV Qrup ixtisasları:
* Psixologiya
* Su bioehtiyatları və akvabitkilər
Bundan əlavə, Qərbi Kaspi Universiteti qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr üçün təhsil haqqında güzəştlər nəzərdə tutur.
• 601-700 arası bal toplayan tələbələr - 100 faiz güzəşt
• 551-600 arası bal toplayanlar - 70 faiz güzəşt
• 501-550 arası bal toplayanlar - 50 faiz güzəşt
• 451-500 arası bal toplayanlar - 30 faiz güzəşt
• 380-450 arası bal toplayanlar - 20 faiz güzəşt
Yüksək bal toplayan tələbələr üçün nəzərdə tutulan təqaüdlər:
• 450-500 arası bal toplayan tələbələr - 50 manat
• 501-550 arası bal toplayanlar - 80 manat
• 551-600 arası bal toplayanlar - 100 manat
• 601-650 arası bal toplayanlar - 150 manat
• 651-700 arası bal toplayanlar - 200 manat
Qeyd edək ki, IELTS və TOEFL sertifikatı olan tələbələr cari tədris ilində 25 faiz güzəştdən faydalana biləcəklər.
Həmçinin Qərbi Kaspi Universiteti tələbələr üçün bir sıra imkanlar da yaradır:
Onu da qeyd edək ki, Qərbi Kaspi Universitetinə qəbul Azərbaycan və rus bölmələri üzrə aparılır.
REKLAMINIZ BURADA
REKLAMINIZ BURADA
REKLAMINIZ BURADA
REKLAMINIZ BURADA