Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-13 14:20:00
Bakı Biznes Universitetində  müxtəlif ixtisaslar üzrə bu qədər plan yeri boş qalıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi isə avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

AzEdu.az abituriyentlərə kömək məqsədilə müxtəlif ali təhsil müəssisələrinin boş qalan plan yerləri barədə məlumatları təqdim edir:

AzEdu.az xəbər verir ki, II qrup üzrə Bakı Biznes Universitetində  bu ixtisaslar üzrə boş yerlər qalıb:

 165167 İqtisadiyyat - 13 plan yeri
165183 Sənayenin təşkili və idarə olunması - 17 plan yeri
165191 Menecment - 20 plan yeri
165223 Marketinq (rus bölməsi ilə birgə) - 64 plan yeri
165248 Dövlət və bələdiyyə idarə edilməsi - 11 plan yeri
165175 İqtisadiyyat (tədris ingilis dilində) - 13 plan yeri

Qeyd edək ki, II turda müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak edən, amma qəbul oluna bilməyən abituriyentlər iştirak edə biləcəklər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları