Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-13 13:03:00
Bölgə məktəbindən olan direktor namizəd paytaxtdakı vakant yerləri seçə bilər?- Cavab

Direktorların işəqəbulu üzrə test imtahanı mərhələsi artıq yekunlaşıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

Növbəti mərhələ Direktorların İşə Qəbul müsabiqəsinin müsahibə mərhələsidir. Müsahibənin keçirilmə tarixi və qaydaları barədə məlumatlar namizədlərə göndəriləcək.

AzEdu.az müsabiqə boyunca namizədləri ən çox maraqlandıran sualları cavablamaqda davam edir:

Sual:

Bölgə məktəblərinin birində müəllim işləyirəm. Direktorların işə qəbulu müsabiqəsində paytaxtdakı vakant yerləri seçə bilərəm?

Cavab:

Xeyr. AzEdu.az xəbər verir ki, namizədlərə yalnız hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon (şəhər) üzrə  vakant yer seçmək hüququ verilir. Onlar 4 vakant yer seçə bilərlər. Bundan əlavə, qaydalara əsasən, paytaxt məktəblərinə təyinat alacaq namizədlər xüsusi təlimlərdə iştirak etməlidirlər.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları