XƏBƏRLƏR

13.08.2019 12:40
Almaniyadan sığınacaq istəyən ali təhsillilərin sayı artıb

Almaniyaya gələrək sığınacaq istəyən Türkiyə və İran vətəndaşlarının çoxu ali təhsillidir. AzEdu.az xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) “Qaçqın statusu üçün müraciət edənlərin potensialı” adlı hesabatında qeyd edib.

Hesabatda deyilir ki, 2018-cı ildə Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşlarının 59,3 %-i ali təhsilli olduqlarını qeyd ediblər. Bu 2017-ci ilin əvvəlində 46 % olaraq qeydə alınıb.

Həmin hesabatda qeyd olunub ki, keçən il sığınacaq istəyi ilə bağlı müraciət edən İran vətəndaşlarının 47,5 %-i ali təhsilli olub. 2017-ci ildə bu rəqəm 42,6 % olaraq qeydə alınıb.(AzEuroNews.com)

İlin gənc müəllimi-Müraciət formu