Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-13 12:12:00
İkinci iş yerində işləmək istəyənlər hazırda vakansiya seçə bilərlər? - Cavab

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi davam edir. Avqustun 7-dən başlayan mərhələ 14 avqust saat 13:00-dək davam edəcək.

Bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək sonda ərizələrini təsdiq etməlidirlər.

Hazırda onları n çox maraqlandıran məqamlardan biri də ikinci iş yerində işləmək istəyənlərin vkansiya seçimi mərhələsi ilə bağlıdır.

Sual:

İkinci iş yerində işləmək istəyənlər hazırda vakansiya seçimi edə bilirlər?

Cavab:

Xeyr. AzEdu.az xəbər verir ki, ikinci ş yerində çalışmaq istəyənlər müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə qəbulda iştirak edib vakansiya seçə biləcəklər. İkinci turda müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Qeyd edək ki,vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları