Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-13 11:20:00
Qərbi Kaspi Universitetində müxtəlif ixtisaslar üzrə bu qədər plan yeri boş qalıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi isə avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

AzEdu.az abituriyentlərə kömək məqsədilə müxtəlif ali təhsil müəssisələrinin boş qalan plan yerləri barədə məlumatları təqdim edir:

AzEdu.az xəbər verir ki, II tur üçün Qərbi Kaspi Universitetində bu ixtisaslar üzrə boş yerlər qalıb:

I qrup ixtisasları

-Cihazqayırma mühəndisliyi

-Mexatronika və robototexnika mühəndisliyi

II Qrup ixtisasları

-Beynəlxalq münasibətlər

-Regionşünaslıq (qərbşünaslıq)

-Dövlət və bələdiyyə idarəetməsi

-Sənayenin təşkili və idarə olunması

-Marketinq

-Menecment

IV Qrup ixtisasları

-Psixologiya

-Su bioehtiyatları və akvabitkilər

Qeyd edək ki, II turda müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak edən, amma qəbul oluna bilməyən abituriyentlər iştirak edə biləcəklər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları