XƏBƏRLƏR

12.08.2019 15:59
Tələbələr ilk dəfə Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramında iştirak edir

Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramında iştirak edir.

Bir ay davam edəcək təcrübə proqramı çərçivəsində ADAU-nun Aqrar İnkişaf Könüllüləri - Nərmin Yusifova, Ruslan Vəliyev, Ağgül Əhmədova, Valeh Əsədov və Orxan Muradzadə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq olaraq Torpaqdan istifadəyə nəzarət, Fermerlər, Assosiasiyalar və Koopertivlərlə iş, İctimaiyyətlə əlaqələr və informasiya təminatı, Təhsil və Təlim, Bitkiçiliyin təşkili və monitorinqi şöbələrində təcrübə keçirlər.

Təcrübə proqramının əsas məqsədi tələbələri Nazirliyin iş prinsipi ilə yaxından tanış etmək, onlara aqrar sahəyə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat vermək, eləcə də sənədlərin düzgün tərtib edilməsi və göndərilməsi ilə bağlı bacarıqları formalaşdırmaqdır.

Qeyd edək ki, bu proqram tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, gələcəkdə aqrar sahədə çalışmaq arzusunda olanlara verilən növbəti dəstəkdir. (Azərbaycan müəllimi)

 

İlin gənc müəllimi-Müraciət formu