Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-12 16:14:00
Etibar Əliyevdən AzEdu.az-daki bir yazıya  münasibət:  Aziz Sancar olmaq lazımdır…


Tanınmış təhsil esperti Etibar Əliyev bir müddət əvvəl AzEdu.az saytında bir müddət əvvəl professor İsrafil Hüseynov haqqında yayımlanan yazıya münasibət bildirib.

Ekspertin qeydlərini təqdim edirik:

 “Azedu.az. saytında "Həm Kembric, həm də Oksford Universitetlərində dərs demiş yeganə azərbaycanlı, dünyada məşhur tədqiqatçı alim" başlıqlı məqalə oxudum. Həmin alim professor İsrafil Hüseynovdur. Universitetin fizika fakültəsində bizə dərs deyib. "Kimyəvi fizika" kafedrasının müdiri idi. Onun böyük alim olduğunu tələbəlik illərindən bilirdik. 1993-cü ildən Turkiyədə çalışır. Türkiyədə 9 fəlsəfə doktoru yetişdirib. İndekslənən elmi jurnallarda 223 məqaləsi çap olunub. İsrafil müəllim kimi xeyli sayda dəyərli alimimiz ölkəni tərk edib. Düşüncəmə görə vətəni tərk etmiş alim vətənindəki istedadlı şagird və gənclərə dəstək verməlidir. Bu baxımdan Nobel mükafatı laureatı Aziz Sancar nümunəsi təqdirəlayiqdir. Bu nəhəng türk alimi Şimali Karolinada "Karolina Türk evi" açıb. Bura gələndə isə yetişdirmək üçün molekulyar biologiya sahəsində bir tələbə istədi.Həmin tələbə tapılmadı. Bizimkilər isə birdəfəlik ölkəni tərk edirlər. Sanki ölkədən küsüblər.