Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-12 12:22:00
Təhsildə ilkə imza atan müəllimdən tam fərqli kitab: Abituriyentlər uğura daha yaxın olacaqlar

Dünya Müəllimi Mükafatının (The Global Teacher Prize) 50 ən yaxşı müəllimlərindən biri olan Məhəmməd Qarakişiyev və Dövlət İmtahan Mərkəzinin markeri Raqif Mərdanov  şagird, müəllim və xarici dil öyrənmək istəyənlər üçün  yeni ikinci nəşr kitablarını təqdim ediblər.

AzEdu.az həmin kitabın şagird və müəllimlərə hansı töhfələri verəcəyi ilə bağlı Məhəmməd Qarakişiyevin fikirlərini öyrənib:

O, vəsait haqqında düşüncələrini qeyd edərək bu kitabın ingilis dilini öyrənməkdə böyük yardımçı olacağını vurğulayıb.

“Bu kitab ingilis dili  kurikulumuna uyğun olaraq, buraxılış imtahanlarına hazırlaşan şagirdlər (9-10 və 11-ci siniflər) və ingilis dilini müstəqil öyrənənlər üçün dinləmə və oxu testlərini əhatə edəcək.

Vəsait yeni imtahan modelinə uyğun tərtib olunaraq, kurikulum əsasında hazırlanıb. İngilis dili dərsliklərində olan çətinliklərin aradan qaldırılmasında şagirdlərə kömək edəcək”.

O, sözlərində qeyd edib ki, kitabdakı bölmələr ingilis dilinin səviyyələrinə uyğun olaraq tərtib edilib:

“Kitabdakı mətnlər abituriyentlərin dinləmə, oxu bacarıqlarını nəzərə alaraq asan, orta və çətin səviyyədə tərtib olunub. Dinləmə hissəsi  səsyazma studiyasında kitabın müəllifləri tərəfindən səsləndirilib. Həmçinin,  tədris vəsaitində şagirdlərin özlərini yoxlamasi üçün  kitabın sonunda sınaq imtahanları verilib.

Ümid edirəm ki, bu materiallar kitabın istifadəçilərinə xarici dili öyrətməklə yanaşı, onların dünyagörüşünün inkişafına, yeni biliklərin öyrənilməsinə və məlumat bazasının formalaşmasına dəstək göstərəcək”.