Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-11 16:35:00
Beynəlxalq olimpiada mütəxəssisi: “Şagirdlərimiz gələn  il mütləq medal qazanacaqlar” -İzah

 

“Müxtəlif təlimlərin təşkili, terninq və yarışlarda iştirak şagirdlərimizin səviyyəsini qaldırır. Ümid edirik ki, bu məktəblilərimiz gələn il medal əldə edəcəklər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi, Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı tanınmış mütəxəssis Etibar Seyidzadə deyib.

O, bildirib ki, son 2-3 ildə bu yarışa hazırlıqlar intensiv şəkil alıb:

“Olimpiadada iştirak edib yer tuta bilməyən şagirdlərimiz gələn il XI sinifdə oxuyacaqlar. Fikrimcə, gələn il onların vasitəsilə 3 medal qazanmaq şansımız olacaq”.

Ölkəmizdə keçirilən BİO 2019-un təşkili məsələlərinə gəlincə isə Ekspertbildirib ki,  hətta xarici nümayəndələrin də təşkilatçılıqla bağlı fikirləri müsbətdir:

“ADA Universitetinin tərəfdaşlığının bu təşkilatçılıqda xüsusi rolu oldu. Texniki təminat, iştirakçıların yerləşdirilməsi, ekskursiyalar – hamısı yüksək səviyyədə idi.

Olimpiadaya hazırlıq üçün Təhsil Nazirliyi tərəfindən bir neçə mərkəzlər yaradılıb. Onlar 2-3 ildir, fəaliyyət göstərirlər. Hər tədris ilinin əvvəlində müsabiqə keçirilir və seçim edilir. Şagirdlər seçildikdən sonra qruplar yığılır. Belə şagirdlərə təlimlər keçirilir. Təlimləri yalnız yerli deyil, həm də xaricdən dəvət olumuş mütəxəssislər keçirlər. Məsələn, bu il ölkəmizə Ruminiya, İrandan mütəxəssislər gəlmişdi. Şagirdlərimiz dəfələrlə buna oxşar beynəlxalq yarışlarda iştirak edib, yaxşı nəticələr göstəriblər. Onlar həm də xaricdə keçirilən bir çox beynəlxalq təlimlərdə iştirak ediblər. Düşünürəm ki, hazırlıqlar növbəti illərdə də bu şəkildə və intensiz davam etdirilsə, yüksək nəticələrimiz olacaq. Çünki hazırda 2 qrupda hazırlıqlar gedir: aşağı və yuxarı siniflər üzrə. Bu cür dərslərin təşkili, terninq və yarışlarda iştirak şagirdlərimizin səviyyəsini qaldırır. Ümid edirik ki, bu şagirdlərimiz gələn il medal əldə edəcəklər”.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirdilər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verib.

 Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları