Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-11 17:01:00
“İbrahim peyğəmbərə verilən Tanrı əmri deyildi!” - Dinşünas alimdən Qurban kəsməklə bağlı qalmaqallı şərh

Müqəddəs Qurban bayramı ərəfəsindəıyik. Bütün müsəlman aləmində Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və bir neçə gün gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.  

Qurban kəsmə İbrahim peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim peyğəmbər Allahın əmrini yerinə yetirməyi qərara alır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda “Quran”da yazılıb.

Qeyd edilir ki, İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşarkən Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

İslam dini tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalı, çətin anlarda Allahı yada salmalıdır.

Modern.az-ın məlumatına görə tanınmış dinşünas alim Nəriman Qasımoğlu məsələni başqa konteksdən şərh edib. Onun qənaətincə, İbrahim peyğəmbər oğlunun başını üzmək qərarı verəndə bunu yanlış olaraq Tanrı əmrilə etdiyini düşünüb:



“Ümummüsəlman düşüncəsində də bu yanlış fikir var. Ən qəribəsi və təzadlısı budur ki, İbrahimin yanlış düşüncəsi indiki ənənəvi müsəlmanların mütləq əksəriyyətinə sirayət edib. Səbəb müsəlmanların OXU-dan (“Quran”dan-red.) uzaq olmalarıdır.

Tanrı heç kimə, hətta öz elçisinə belə rəva görməz ki, sevimli bəndəsini bunca əzazil imtahana çəksin. Bu, Tanrının sonsuz mərhəmətinə, OXU məntiqinə zidd təsəvvürdür. İbrahim bunu sadəcə yuxusunda görübmüş. Bu, İbrahimə verilən vəhy deyil. Yaşadığı dövrün bütpərəstliyinə əyilmə zəifliyidir ki, yuxularında gördüklərini ilahi güclərdən gələn məlumat, yaxud həyata keçirilməsi vacib olanlar kimi yozurmuşlar.

İbrahimin yuxuda gördüyü Tanrı əmri deyil!!! Oğluna yuxusunu nəql edir, övladı da deyir “sənə nə əmr edilirsə, et”. Hər ikisi yuxunu Tanrı əmri kimi yanlışlığa yozur. İmtahan baş verir, amma Tanrı əmrilə deyil, Tanrı nəzarətində olan imtahan”.