Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-11 12:38:00
Tanınmış uşaq yazarının oğlu Polis Akademiyasına qəbul olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaqların sevimlisi Vüqar Haqverdiyevin övladı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunub. Bu barədə Modern.az saytı yazarın özündən məlumat əldə edib. 

Yazarın oğlu Məmməd Haqverdi I ixtisas qrupu üzrə qəbul imtahanlarında 540 bal toplayıb və Polis Akademiyasının bu il ilk dəfə elan etdiyi “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursant qəbulu müsabiqəsində iştirak etmək qərarına gəlib. DİN tərəfindən keçirilən çoxmərhələli sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçərək Akademiyada təhsil almaq hüququ qazanıb.


Qeyd edək ki, DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 5 illik təhsil müddətində dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.


Məzunlara “XTB050615 - informasiya təhlükəsizliyi” ixtisası, “Polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə, daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.