XƏBƏRLƏR

11.08.2019 10:54
Komandamızın müəllimi BİO uğursuzluğu haqqında:  "Üzərimizdə təzyiq çox idi, çünki..."

“Təmsilçilərimizin üzərində təzyiq çox idi. Olimpiada bu il Azərbaycanda keçirildiyinə görə, hamı onlardan medal gözləyirdi. Təmsilçilərimiz bu təzyiqdən sıxılıb gərginləşə bilərdilər”.


Bu sözləri AzEDu.az-a açıqlamasında komandamızı BİO 2019-a hazırlaşdıran müəllimlərdən biri Rəşad Məmmədov deyib. O, hazırlaşdırdığı komandadan gözləntiləri ilə real nəticələri müqaisə edib. Bildirib ki, nəticələrimiz gözlədiyi kimi olmayıb:


“Medal gözləyirdik. Çünki iki təmsilçimiz medalın yaxınlığında idi. Treninqlərdə digər komandalarla birgə məşq etmişdilər. oradakı nəticələrinə əsaslanıb bu olimpiadada qızıl olmasa da, gümüş və ya bürünc medal qazanacağımıza inanırdıq. Fikrimcə, gələn il ölkəmizə medal gətirəcəyik”.
Nəticənin gözlənildiyi kimi olmamasının səbəblərinə gəlincə isə Rəşad müəllim bildirib ki, bu, psixoloji amillə də bağlı ola bilər:


“Yarışmanın texniki hazırlığından əlavə, psixoloji hazırlıq tərəfi də var. Ola bilər, təmsilçilərimizin üzərində təzyiq çox idi. Olimpiada bu il Azərbaycanda keçirildiyinə görə, hamı onlardan medal gözləyirdi. Təmsilçilərimiz bu təzyiqdən sıxılıb gərginləşə bilərdilər. Nəticələrin bu məqamla da bağlı olduğunu düşünürəm.


Bilirsiz, bu yarışın nəticələrini qaldırmaq, qızıl medal qazanmaq üçün hər şeydən öncə Azərbaycan orta məktəblərində İnformatikanı yaymaq lazımdır. Amma hazırki situasiyada şagirdlərimizi bəzi treninqlərə aparmaq lazımdır ki, bürünc, gümüş medallar əldə edək.


Hazırda bu elm ölkəmizdə o qədər də yayılmayıb. Yalnız müəyyən məhdud kütlə ilə işləyə bilirik. Cəmi 100 – 200 məktəbli cəlb olunur. Amma 2000 – 3000 şagird cəlb olunsa, onlara arasından güclülərin çıxma ehtimalı daha çox olar”.


Qeyd edək ki, nəticələrə əsasən, Azərbaycanı təmsil edən Murad Eynizadə ümumilikdə 232 balla 177-ci yer, Abutalıb Namazov 232 balla 179-cu, Fərhad Əzimov 164 balla 246-cı, İbrahim Tağızadə isə 122 balla 279-cu yerdə qərarlaşıb.


I yeri Amerikanı təmsil edən Çin əsilli şagird, II yeri Rusiyanı təmsil edən Tatar əsilli məktəbli tutub. III yeri Kanadanı təmsil edən çinli şagird qazanıb.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu