Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-10 13:28:00
Məleykə Abbaszadə: "3 abituriyentin nəticəsini görüb ümumi fikir söyləyənlər məndən daha cəsarətlidir"

“3 abituriyentin nəticəsini görüb qəbulla bağlı ümumi fikir söyləyənlər yəqin ki, məndən daha cəsarətlidir”.

AzEdu.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sosial şəbəkələrdə universitetlərə qəbul balları ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

O mütəxəssis olaraq qeyd edib ki, nəticələr elan olunduqdan sonra dərhal hər hansı müxtəlif fikir söyləməyə tərəddüd edər: “Nəticələr elan olunduqdan sonra il ərzində işləyirik, elmi tədqiqatlar aparırıq. Ona görə də bir günə kütləvi qəbul prosesi ilə bağlı nəticələri dərhal deyə bilmərəm. Təhsil sistemində hansı proseslər gedir və imtahan nəyi göstərdi, bax bunu ancaq elmi tədqiqat aparandan sonra demək olar. Mən indi ancaq ilkin nəticələri, statistik göstəriciləri deyə bilərəm”.

“İstərdim ki, bir il keçdikdən sonra ali təhsil müəssisələrində çalışan müəllimlərlə görüşüb qərara gələk ki, icazə olsa I qrupda oxuyan tələbələr üçün monitorinq imtahanı keçirə bilək. Bu zaman həmin gənclərin akademik nəticələrinin özünü necə doğrultduğunu bilmək olar. Nəticədə onlardan əvvəlki tələbələrdən nə kimi fərqlərinin olduğunu demək olar. Yalnız bundan sonra kütləvi proses qiymətləndirə bilərik”- deyə DİM sədri fikirlərinə əlavə edib.  (Report.az)