Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-10 14:28:00
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmiş 28 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

Avqustun 10-u saat 11:05-ə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 28 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.

DİM-dən AzEdu.az-a bildirilib ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-dək davam edəcək. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.