XƏBƏRLƏR

10.08.2019 12:12
Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, indiyədək 4250-dən artıq müraciət qeydə alınıb. Ərizə verənlər turizm istiqamətli ixtisaslara üstünlük veriblər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Ərizələrin qəbulu avqustun 20-dək “ASAN xidmət” mərkəzlərində elektron qaydada davam edəcək.

Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır

İlin gənc müəllimi-Müraciət formu