Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 23:32:00
Uşaqları dil bilmədən birinci sinfə qəbul etmək olarmı?

Almaniya bundestaqında XDİ/XSİ fraksiyası başçısının müavini Karsten Linnemannın alman dilini pis bilən uşaqların ibtidai məktəblərə qəbul edilməməsi barədə təklifi solçu və sol-mərkəzçi partiyalar tərəfindən kəskin tənqid edilib.

AzEdu.az   Azərtac-a  istinadən bildirir ki, solçu qüvvələr siyasətçinin bu bəyanatını ayrı-seçkilik adlandırıblar.

Linnemannın bu yaxınlarda "Rheinischen Post" qəzetinə müsahibəsi qalmaqala səbəb olub. O deyib ki, alman dilində danışmağı bacarmayan və ya bu dili başa düşməyən uşağın məktəbdə yeri yoxdur. O, belə uşaqlara məktəb yerinə, uşaq bağçasına getməyi məsləhət görüb.

Lakin partiya yoldaşları arasında onu dəstəkləyənlər tapılıb. Məsələn, XDİ/XSİ bloku nəzdindəki gənclər təşkilatının təmsilçisi Tilman Kuban öz mikrobloqunda Linnemannın təklifini düzgün təklif adlandıraraq yazıb: "Əgər uşaq ibtidai məktəbə gedirsə, o, alman dilində danışmağı bacarmalıdır".