Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 20:12:00
Yeni dərslik çapdan çıxdı

Dosentlər Rəna İsmayılova və Soltan Əliyevin tərtib etdikləri “Üzvi kimya” dərs vəsaiti nəşr olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən  AzEdu.az-a bildiriblər ki, dərs vəsaitində üzvi birləşmələrin quruluşu, xassələri, mühüm reaksiyaların mexanizmləri, alitsiklik və tsiklik birləşmələr və onların funksional törəmələrinə aid yoxlama testləri verilib.

Nəşrdə, eyni zamanda, müasir üzvi kimyanın tətbiq olunduğu sahələr haqqında məlumatlar yer alıb.

Dərs vəsaiti bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulur.