Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 11:37:00
Tələbə olan abituriyentlərin siyahısı avqustun 9-da dərc ediləcək- “Abituriyent” jurnalında

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, tələbələrin qeydiyyat tarixi açıqlanıb.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir..

Qeyd edək ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u (iş nömrəsinin sonuna "8" rəqəmi əlavə olunur) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr yaxın vaxtlarda saytımıza da yerləşdiriləcək.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 9-da (günün ikinci yarısında) «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları