Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 09:15:00
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi davam edir. Avqustun 7-dən başlayan mərhələ 14 avqust saat 13:00-dək davam edəcək.

AzEdu.az xəbər verir ki, bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək sonda ərizələrini təsdiq etməlidirlər. 

Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. 

2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.

Müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.