Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 17:50:00
Peşə təhsili müəssisələrinə 4250-dən artıq müraciət qeydə alınıb

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

 AzEdu.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, indiyədək 4250-dən artıq müraciət qeydə alınıb. Ərizə verənlər turizm istiqamətli ixtisaslara üstünlük veriblər.

 Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır. Ərizələrin qəbulu avqustun 20-dək “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçiriləcək

 Müsabiqənin nəticələrinin isə avqustun 21-də elan olunması nəzərdə tutulur.

 Qeyd edək ki, əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. (Azərbaycan müəllimi qəzeti)