Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 17:14:00
31-ci Beynəlxalq İnformatika Olimpiadasının qalibləri bəlli oldu

Bu gün 31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilib. Bu mərhələdə olimpiada iştirakçıları onlara təqdim edilən 3 sualı 5 saat ərzində cavablandırıblar. Yarışın yekun nəticələrin rəsmi olaraq avqustun 9-da elan edilməsi nəzərdə tutulub.

Amma sistem müsabiqə nəticələrini addımbaaddım izlədiyinə görə, qaliblər məlumdur. 

AzEdu.az xəbər verir ki, yarışda I yeri Amerikanı təmsil edən Çin əsilli şagird, II yeri Rusiyanı təmsil edən Tatar əsilli məktəbli tutub. III yeri Kanadanı təmsil edən çinli şagird qazanıb. Çin özü isə IV və V yerlərdə qərarlaşıb.

Nəticələrə görə, I yerin sahibi 547.09, II yerin sahibi 511.22, III yerin  sahibi isə 494.33 bal tolayıb. I yeri tutan Amerika komandasının üzvü Benjaçin Qİ I turda maksimal 300 balı toplamışdı. Rusiyanı təmsil edən Ildar Gainullin I turda 264, Kanadanı təmsil edən Zixiang Zhou isə 240 bal toplamışdı.

Nəticələrə əsasən, Azərbaycanı təmsil edən Murad Eynizadə 232 balla 177-ci yer, Abutalıb Namazov 232 balla 179-cu yer,  Fərhad Əzimov 164 balla 246-cı yer, İbrahim Tağızadə isə 122 balla 279-cu yerdə qərarlaşıb.  

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı bu bilik yarışı öz zəngin proqramı ilə seçilir.

 “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Müsabiqə nəticələri haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz:

https://ranking.ioi2019.az/?fbclid=IwAR0hg6b1kehCOHsiGgvgKdyEIdRgccFc3sOT-K-OJpJUQhmsN_pfM0M_xRk

 
 
Lamiyə Süleymanlı
Müəllifin digər yazıları