Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 16:16:00
DİQ-in müsahibə mərhələsində veriləcək suallar – Namizədlərə tövsiyələr

 

 

Direktorların işə qəbul müsabiqəsinin imtahan mərhələsi artıq yekunlaşıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

 Növbəti mərhələ Direktorların İşə Qəbul müsabiqəsinin müsahibə mərhələsidir. Müsahibənin keçirilmə tarixi və qaydaları barədə məlumatlar namizədlərə göndəriləcək.

Hazırda direktor olmaq istəyən namizədləri müsahibə proqramı, orada verilə biləcək suallar çox maraqlandırır. Müsahibədə namizədlərə onların dünyagörüşü, idarəetmə və pedaqoji bacarıqları, qanunvericilik biliklərini yoxlayan suallar verilir.

AzEdu.az namizədlərə kömək məqsədilə müsahibə mərhələsində təqdim olunacaq sualların cavablarını təqdim edir:

Belə suallardan biri də təhsilin formaları və təhsilalma formaları ilə bağlıdır:

Sual:

Azərbaycanda hansı təhsilalma və təhsil formaları tətbiq edilir?

Cavab:

AzEdu.az xəbər verir ki, “Təhsil haqqında” Qanuna görə, ölkəmizdə təhsilin aşağıdakı formaları tətbiq olunur:

-Formal;

-Qeyri-formal;

-İnformal.

Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil nəzərdə tutulur.

İnformal təhsil isə, özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.

Təhsil haqqında qanunda həm də təhsilalma formaları qeyd olunub. Qanuna görə, respublikamızda aşağıdakı təhsilalma formaları tətbiq edilir:

-Əyani;

-Qiyabi;

-Distant (məsafədən);

-Sərbəst (eksternat).

Əyani və qiyabi forma ali təhsil səviyyəsində tətbiq olunur. Qiyabi forma üzrə təhsilin müddəti əyani ilə müqayisədə 1 il artıqdır.

Distant təhsil formasının təhsil sənədi Azərbaycanda tanınmır. Bu, məsafədən, təhsil müəssisəsinə getmədən olan təhsil növüdür.

Sərbəst (eksternat) təhsil dedikdə müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə oxumaq və ya ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.

Yuxarıda qeyd olunan təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil edilə bilər.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları